Dil-udlaq siniri | |
---|---|
| |
Latınca | nervus glossopharyngeus |
Qrey | subyekt 204 906 |
MeSH | Glossopharyngeal+Nerve |
Dorlands/Elsevier | 12565844 |
Vikianbarda əlaqəli mediafayllar |
Dil-udlaq siniri — IX cüt kəllə (dil-udlaq) siniri qarışıq sinirdir, tərkibində hərəki, hissi, dadbilmə və sekretor liflər vardır.
Hərəki lifləri biz udlaq əzələsini innervasiya edərək udlağı qaldırır. Nüvəsi nn.amiguus — X sinirlə müştərəkdir, uzunsov beynin orta hissəsində yerləşir. Periferik motoneyronların aksonları zeytun və beyinciyin aşağı ayaqcığı arasında beyin əsasına keçərək vidaci dəliyindən kəllə sümüyündən çıxır. Mərkəzi hərəki neyronlar ön mərkəzi qırışın aşağı hissəsində yerləşir, aksonlan tr.corticonuclearis tərkibində daxili kapsulanın dizindən keçərək, beyin sütunu əsasında aşağı enir və uzunsov beyində hər iki tərəfın nüvələrində qurtarır.
Bu sinirin hissi liflərinin I neyronu vidaci dəliyinin ətrafında yerləşən ganglion jugularae superius və ganglion jugularae inferiusdan başlayır. Bu düyünlərdən çıxan dendritlər dilin arxa 1/3 nissəsini, yumşaq damağı, əsnəyi, udlağı, qırtlaq qapağını, qulaq keçəcəyini, təbil boşluğunu innervasiya edir. Aşağı düyündən ayrılan liflərin bir hissəsi dilin arxadan 1/3-də dadbilmə məməciklərində qurtarır. Hüceyrələrin aksonlan uzunsov beyinə daxil olaraq dadbilmə nüvəsində (nuc.solitarii) və hissi nüvədə (nuc.alae cinereae) qurtarır. Hər iki nüvənin aksonları, (II neyron) əks tərəfə keçərək daxili ilgəyə qoşulur və görmə qabarının yan nüvəsində qurtarır. Buradan III neyron başlayır, daxili kapsulanın arxa budunun arxa hissəsindən keçərək Reyl adacığı ətrafında, qabıq mərkəzində qurtarır. Dil-udlaq sinirin tərkibində sekretor (vegetativ) liflər də var. Bu liflər qulaqdibi ağız suyu vəzinin innervasiyasmı təmin edir. Sekretor liflər uzunsov beyinin aşağı hissəsində yerləşən nucl.safivatoriusdan başlayır. Preqanqlionar liflər IX sinirin tərkibində keçərək ganglion oticumda qurtarır. Buradan postqanqlionar liflər başlayır və qulaqdibi ağız suyu vəzisinin ınnervasiyasını təşkil edir.